Tahir Tofiq oğlu Həsənov 1970-ci ilin fevral ayının 22-də Bakı şəhərində doğulmuşdur. 1987-ci ildə Nəsimi rayonundakı 23 saylı orta məktəbi bitirmişdir.
1988-ci ildə T.Həsənov Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. 1990-cı ildə ordudan təxris olunmuş, sənədlərini Bakı Dövlət Universitetinə vermiş və tarix fakültəsinə daxil olmuşdur.
Torpaqlarımızın bir hissəsinin erməni qəsbkarları tərəfindən işğal edilməsi, soydaşlarımızın öz dədə-baba yurdlarından qovulması T.Həsənov üçün ağır dərd idi. Ailənin yeganə övladı olmasına baxmayaraq o, universitetin ikinci kursundan könüllü olaraq Vətənin müdafiəsinə qalxan igidlərin sırasına qoşulur.
T.Həsənovu desant alayında xidmət etməsini, yüksək fiziki peşə hazırlığını nəzərə alaraq, kəşfiyyat qrupuna komandir təyin edirlər. Cəsur komandir Yuxarı Qarabağda, Ağdərə, Başkənd, Meşəli, Çıldıran əməliyyatlarında torpaqlarımızın müdafiəsində fəal iştirak edərək, mərdliklə vuruşmuşdur.
Tahir Həsənovu desant alayında xidmət etməsini, yüksək peşə hazırlığını nəzərə alaraq, kəşfiyyat qrpuna komandir təyin edirlər. Cəsur komandir Yuxarı Qarabağda: Ağdərə, Başkənd, Meşəli, Çıldıran əməliyyatlarında topaqlarımızın müdafiəsində fəal iştirak edərək, mərdliklə vuruşmuşdur.
1992-ci il sentyabrın 2-si Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüş əməliyyatları başlayır. Elə olur ki, Tahirin dəstəsi düşmənin mühasirəsinə düşür. Tahir yoldaşlarına deyib ki, siz gedin, mən sizi qoruyacam. Qeyri-bərabər döyüşdə ağır yaralansa da, təslim olmayıb və tank əleyhinə qumbara ilə özünü partladaraq onu ölmüş bilib ətrafına toplaşan 41 ermənini də cəhənnəmə vasil edib. Qeyd edək ki, Tahir Həsənovun özü ilə bərabər Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən atası Tofiq Həsənovun mətbuata verdiyi açıqlamaya görə, Tahirin cənazəsini götürəndə ətrafında həqiqətən də 41 nəfər erməni əsgərinin meydi olub.
1992-ci ilin sentyabr ayının 2-də Çıldıran yüksəkliyinə növbəti hücum başlandı. Əməliyyat iki istiqamətdən aparılırdı. Düşmən daha yüksək mövqedə qərar tutduğundan hər tərəfi nəzarətdə saxlaya bilirdi. Kəndə girmək mümkün deyildi. Tahir on nəfər döyüşçü ilə başqa istiqamətdən hücuma keçdi. Lakin həmin andaca ermənilərin pusqusuna düşdü. Döyüşçülərimiz son nəfəslərinədək vuruşdular. Düşmənin onları əsir götürmək niyyəti baş tutmadı. T.Həsənov son anda özünü qumbara ilə partladaraq, özü ilə barabər neçə-neçə erməni quldurunu məhv etdi.
Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il ta-rixli 273 saylı Fərmanı ilə Həsənov Tahir Tofiq oğlu (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adna layiq görülmüşdür.
Subay idi.
T.Həsənov Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Təhsil aldığı 23 saylı orta məktəb Qəhrəmanın adını daşıyır.