Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

HÜSEYNOV ELŞAD EYNULLA oğlu

Elşad Eynulla oğlu Hüseynov 1960-cı il oktyabr ayının 8-də Masallı rayonunun Xıl kəndində doğulmuşdur. 1978- ci ildə burada orta məktəbi bitirdikdən sonra bir il sovxozda fəhlə işləmişdir.

1979-cu ildə E.Hüseynov hərbi xidmətə çağırılaraq, Batumi şəhərində xidmətə başlamışdır. 1981-ci ildə ordudan təxris olunmuş və Bakı şəhər Səbail rayon DİŞ-nin nəzdindəki mühafizə şöbəsində milis nəfəri kimi işə qəbul olunmuşdur. E.Hüseynov 1986-cı ildə N.Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbinin (indiki Polis Akademiyası) qiyabi şöbəsinə daxil olmuş və 1989-cu ildə təhsilini başa vurmuşdur.

E.Hüseynov ermənilərin xalqımıza qarşı işğalçı hərəkətlərinə dözə bilmirdi. Cəbhəyə göndərilməsi barədə bir neçə dəfə Daxili İşlər Nazirliyinə müraciət etmişdi. 1991-ci ildən etibarən müntəzəm olaraq cəbhə bölgələrinə getməyə başladı. İlk sınaq döyüşü Füzuli və Tərtər bölgələrində oldu. O, bu sınaqdan uğurla çıxdı. Sonra Marağa, Cuvarlı, Marquşevan, Ağbulaq və başqa kəndlərin azad olunmasında rəşadətlə döyüşdü. Onun göstərdiyi igidliklər düşməni vahiməyə salmışdı.

1992-ci ilin iyunun 15-də döyüşçülərə Fərrux kəndini düşməndən azad etmək taprışığı verilmişdi. Səhər tezdən Ağdam istiqamətində döyüşə atılan polis cəngavərləri kəndin içinə doğru irəlilədilər. Elşad həmişə olduğu kimi yenə də döyüşün ən qızğın yerində idi. E.Hüseynov həm cəsarətli vuruşu, həm də ruhlandırıcı çağırışları ilə döyüş yoldaşlarına ruh verirdi. E.Hüseynov döyüşün qızğın çağında polis yoldaşlarını erməni faşistləri üzərinə səsləyib irəli atıldı və bu zaman düşmən gülləsinə tuş gəldi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Hüseynov Elşad Eynulla oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ailəli idi. Üç qız övladı yadigar qalıb.

E.Hüseynov Masallı rayonunun Xıl kəndində dəfn edilmişdir.

Masallı rayonunda Qəhrəmanın adına küçə var. Xıl kəndində E.Hüseynovun büstü qoyulmuşdur.