Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

MÜSLÜMOV VALEH ƏLİZAİD oğlu

Valeh Əlizaid oğlu Müslümov 1968-ci ilin sentyabr ayının 2-də Lerik rayonunda doğulmuşdur. 1975-ci ildə 2 saylı Lerik rayon orta məktəbinin birinci sinfinə getmiş, 1983-cü ildə səkkizinci sinifi bitirmişdir. Elə həmin il V.Mürsəlov Sumqayıt şəhər 17 saylı texniki-peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. 1984-cü ildə 2 saylı Sumqayıt Tikinti Trestinin Səyyar Mexanikləşdirilmiş dəstəsində çalışır.

1986-cı ildə V.Mürsəlov hərbi xidmətə çağırılır. 1988-ci ildə hərbi qulluqdan təxris olunur və Sumqayıta qayıdır. Torpaqlarımızın erməni quldurları tərəfindən işğal edilməsinə dözə bilməyərək, 1991-ci ilin avqust ayından DİN-nin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayır. Şuşa, Xocalı, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyatlarında iştirak edir, mərdliklə vuruşur. Füzuli rayonu ərazisində erməni quldurlarının mühasirəsində olan cəsədlərin çıxarılmasında həyatı bahasına riskə gedir.

1992-ci ilin aprel ayının 14-də Marquşevan kəndində gedən döyüş zamanı erməni yaraqlıları xeyli texnika və canlı qüvvə ilə Marquşevana hücuma keçirlər. Valeh öz dəstəsi ilə ilk olaraq döyüşə girir. O, həm düşmənlə vuruşur, həm də yaralı dostlarını döyüş meydanından uzaqlaşdırırdı. Bu qeyri-bərabər döyüşdə Valeh də yaralandı. Buna baxmayaraq 11 nəfər yaralı döyüşçünü ölümün pəncəsindən xilas etdi. Əfsus ki, öz həyatını qoruya bilmədi.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Müslümov Valeh Əlizaid oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Subay idi.

V.Mürsəlov Lerik rayonunda dəfn edilmişdir.

Vaxtilə təhsil aldığı Lerik rayonundakı 2 saylı orta məktəb Qəhrəmanın adını daşıyır.