Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

RƏFİYEV FAİQ QƏZƏNFƏR oğlu

Faiq Qəzənfər oğlu Rəfiyev 1955-ci ilin fevral ayının 22-də Füzuli rayonunun Saracıq kəndində dünyaya göz açmışdır. 1972-ci ildə Qarakollu kənd orta məktəbini bitirmişdir.

1973-75-ci illərdə F.Rəfıyev Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur. Ordudan təxris olunduqdan sonra Arxangelsk vilayətinin Plisetsk rayonunda milis sistemində çalışmışdır. O, işləyə-işləyə Sankt-Peterburq şəhərindəki Ali Hərbi Milis Məktəbinin qiyabi şöbəsində oxumuşdur. 1984-cü ildə təhsilini başa vurmuş və leytenant rütbəsi ilə həmin rayonda sahə müvəkkili kimi məsuliyyətli vəzifə tutmuşdur.

1990-cı ildə, 20 Yanvar faciəsindən sonra F.Rəfıyev Azərbaycana qayıdaraq DİN-nə müraciət etmişdir. Milis sistemində təcrübəsini nəzərə alaraq, onu Xocavənd rayonuna sahə müvəkkili göndərirlər. F.Rəfıyev bir zabit kimi Qarabağda gedən döyüşlərdə iştirak edir, postların qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində əlindən gələni əsirgəmirdi. Axullu, Tuğ, Qaradağlı kəndlərində göstərdiyi şücaətlər onun qəhrəmanlığından xəbər verirdi.

Koçbəy kəndi əsl quldur yuvasına çevrilmişdi. O, kəndi azad etmək üçün öz dəstəsi ilə hücum planı hazırlayır. Düşmən sayca çoxluq təşkil edirdi. Qanlı döyüşlər zamanı onlarla erməni yaraqlısı məhv ediləndən sonra ermənilər F.Rəfıyevin dəstəsinin qarşısında tab gətirməyərək geri çəkilməyə başladılar. F.Rəfıyev qolundan yaralanmasına baxmayaraq, "İrəli!" - deyə, döyüş dostlarını hücuma ruhlandırırdı. Koçbəy kəndi alındıqdan sonra evlərdə gizlənən erməni yaraqlılarının axtarıb məhv edərkən, cəsur komandir F.Rəfıyev özü də qəhrəmancasına şəhid oldu.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Rəfıyev Faiq Qəzənfər oğlu (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adma layiq görülmüşdür.

Ailəli idi. İki qızı yadigar qalıb.

F.Rəfıyev Füzuli rayonu Saracıq kəndində dəfn edilmişdir.

Lökbatan qəsəbəsindəki 166 saylı orta məktəb Qəhrəmanın adını daşıyır.