Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

MƏDƏTOV FARİZ ƏLÖVSƏT oğlu

Fariz Əlövsət oğlu Mədətov 1972-ci ilin aprel ayının 18-də Yevlax rayonunun Varvara kəndində doğulmuşdur. 1979-1989-cu illərdə kənd orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra Mingəçevir şəhərində sürücülük peşəsinə yiyələnmişdir.

1990-cı ildə F.Mədətov hərbi xidmətə çağırılmış, iki il Almaniyanın Ordruf şəhərində xidmət etmişdir.

1992-ci ilin may ayında F.Mədətov hərbi xidmətini başa vurur. Elə həmin il torpaqlarımızı erməni işğalından azad etmək məqsədi ilə Milli Orduya səfərbər olunur.

F.Mədətov 776 saylı Xüsusi Təyinatlı hərbi hissənin tərkibində Qubadlı rayonunun Başarat kəndi uğrunda ilk döyüşə gedir. Kəşfiyyatçı kimi ad çıxarır. Füzuli rayonu ərazisində gedən erməni faşistlərinə qarşı amansız əməliyyatlarda Fariz böyük rəşadət göstərir. Onun sorağı Yağləvənd, Tuğ, Horadiz kəndlərindən gəlir. Bu kəndlər Fariz kimi igid oğullarımızın sayəsində mərdliklə müdafiə olunurdu. Bir müddətdən sonra Farizin xidmət etdiyi hərbi hissə Kəlbəcər, Goranboy ərazilərinə göndərilir. Bu döyüşlərdə də Fariz öz cəsarəti və qorxmazlığı ilə fərqlənirdi. O, 1994-cü ildə Tərtər rayonunun Tonaşen kəndi uğrunda gedən ağır döyüşdə çoxlu sayda erməni yaraqlısı və hərbi sursatı məhv etmişdi. Bu döyüşdə o özü də yaralandı. Bir müddət Mingəçevir şəhər hospitalında müalicə olunduqdan sonra yenidən cəphəyə qayıtdı.

1996-cı ildə F.Mədətov ordudan təxris olunaraq, Yevlax rayon Polis şöbəsində əmək fəaliyyətinə başlayır.

1998-ci ildə F.Mədətov Polis Akademiyasına daxil olmuş, 2003-cü ildə orada təhsilini başa vurmuşdur.

Polis mayoru rütbəsinədək yüksələn F.Mədətov hal-hazırda Yevlax rayon Polis şöbəsində xidmət edir.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Mədətov Fariz Əlövsət oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adma layiq görülmüşdür.

Evlidir.