Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

BABAYEV ƏJDƏR XALIQVERDİ oğlu

Əjdər Xalıqverdi oğlu Babayev 1950-ci ilin avqust ayının 26-da Qazax rayonunun Mollacəfərli kəndində anadan olmuşdur. Sonralar ailəsi Ağstafa rayonunun Xətai kəndinə köçmüşdür. Əjdər 1958-ci ildə Yenigün kənd orta məktəbinin birinci sinfinə getmiş, 1967-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Elə həmin ildə də sürücülük peşəsinə yiyələnmişdir.

Ə.Babayev 1969-cu ildə Ağstafa Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılır, Ordudan təxris olunduqdan sonra Nərimanov rayon polis şöbəsinə işə qəbul edilir. Polis serjantı Əjdər polis orqanlarında işləyə-işləyə 1978-ci ildə Sumqayıt Politexnik Texnikumuna daxil olur. 1981-ci ildə avtonəqliyyat ixtisası üzrə tam kursu bitirir və 4 il Qazax Rayon Polis Şöbəsində işlədikdən sonra işini böyüyüb boya-başa çatdığı Ağstafa rayon polis şöbəsinə dəyişirlər. O, nümunəvi polis işçisi kimi dəfələrlə Respublika Daxili İşlər Nazirliyinin mükafatları ilə təltif olunmuşdur.

1995-ci ilin mart ayının 13-17-si Vətənin, Dövlətimizin daxili sabitliyini pozan sarsıntılı günləri idi. Əjdər Babayev dövlət çevrilişinə cəhd edən silahlı dəstəyə qarşı keçirilən əməliyyatda əsl təmkin, cəsarət və dönməzlik nümunəsi göstərdi. Ağstafaya toplaşan cinayətkar dəstənin məqsədi dövləti devirmək, yenidən bu ölkəni qan çanağına çevirmək idi. Lakin Əjdər kimi Vətəni öz canından əziz tutan qəhrəman oğullar bu təhlükəni aradan qaldırdılar. Əjdər haqq işi yolunda həyatını qurban verdi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Babayev Əjdər Xalıqverdi oğlu (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Evli idi. Dörd övladı yadigar qalıb.

Ə.Babayev Ağstafa rayonunda dəfn edilmişdir. Qəhrəmanın adna məktəb var.