Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

MURADOV RUSLAN HƏMİD oğlu

Ruslan Həmid oğlu Muradov 1973-cü ilin iyun ayının 27-də Mingəçevir şəhərində doğulmuşdur. 1990-cı ildə Mingəçevir şəhər 10 saylı (indiki 15 saylı) orta məktəbi bitirmişdir. Vitebsk şəhərində ali məktəbə daxil olsa da, orada təhsilini davam etdirməmiş, doğma Mingəçevirə qayıtmışdır. Ruslan atasının işlədiyi Mingəçevir Texniki rezin Məmulatı Zavodunda işə düzəlmişdir.

Bu vaxtlar Qarabağdan gələn acı xəbərlər Ruslanın qəlbini göynədirdi. Öz ata-baba yurdlarından zorla qovulan soydaşlarımızın acı taleyi onun yuxusunu ərşə çəkmişdi. Orduya çağırılacağı günü səbirsizliklə gözləyirdi. R.Muradov 1992-ci ilin 22 yanvarında Milli Ordu sıralarına daxil oldu. Daxili Qoşunlarda xidmət edirdi. Bir neçə ay hazırlıq keçdikdən sonra, 1992-ci ilin aprel ayının 14-də Ağdamın Papravənd kəndinə göndərildi. Həmin gün tərk edilmiş kənd uğrunda ağır döyüşlər gedirdi. Ruslanın xidmət etdiyi bölmə yerli özünümüdafiə batalyonunun əsgərləri ilə birlikdə bir sıra uğurlu əməliyyatlar keçirdi. Camaat yenidən öz ev-eşiyinə qayıtdı. Bu əməliyyatların həyata keçirilməsində bir kəşfiyyatçı kimi R.Muradovun böyük zəhməti olmuşdur. Onun düşmən haqqında dəqiq məlumatları mühüm əhəmiyyət kəsb edirdi.

1992-ci ilin avqustunda düşmən ərazisində Azərbaycan silahlı qüvvələrinə məxsus bir təyyarə vurulmuşdu. Ruslan təyyarəçini xilas etmək üçün bir neçə yoldaşı ilə birlikdə keçirilən əməliyyatda iştirak etdi. Onlar mühasirəyə düşdülər. İki gün davam edən ağır döyüşlər nəticəsində mühasirəni yara bildilər.

Ruslan Muradov 1992-ci ilin avqust ayının 22-də Ağdam rayonunun Gülyataq kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı Fərmanı ilə Muradov Ruslan Həmid oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Subay idi.

R.Muradov Mingəçevir şəhərində, Şəhidlər Xiyabanında dəfn edilmişdir. Vaxtilə oxuduğu orta məktəb indi Qəhrəmanın adını daşıyır. Məktəbdə R.Muradovun büstü qoyulmuşdur.