Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Baş Çavuş Abdullayev Tural Şakir oğlu

26.02.1990-cı ildə Laçın rayonunun Ərikli kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində sürücü vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı 30.09.2020-ci il tarixdə Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 01.10.2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Südçülük Sovxozunun qəbiristanlığında dəfn edilmişdir. Subay idi. Xidməti dövründə 26.06.2020-ci il tarixdə III dərəcəli “Qüsursuz xidmətə görə”, döyüşlərdə göstərdiyi igidliyə görə isə ölümündən sonra 09.12.2020-ci il tarixdə “Qarabağ” ordeni, 15.12.2020-ci il tarixdə “Vətən uğrunda” və 29.12.2020-ci il tarixdə “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.