Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Baş çavuş Sadıqov Ruslan Amiraslan oğlu

31.12.1987-ci ildə Şəki rayonunun Təpəcənnət kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində yarımqrup komandiri vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı 07.11.2020-ci il tarixdə Şuşa rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 10.11.2020-ci il tarixdə Şəki rayonunun Cəfərabad kənd qəbiristanlığında dəfn edilmişdir. Ailəli idi. 3 övladı var idi. Xidməti dövründə 26.06.2008-ci il tarixdə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley, 26.06.2018-ci il tarixdə III dərəcəli “Qüsursuz xidmətə görə”, döyüşlərdə göstərdiyi igidliyə görə isə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda” və 29.12.2020-ci il tarixdə “Şuşanın azad olunmasına görə”medalları ilə təltif edilmişdir.