Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Mayor Qaflanov Şıxamir Oruc oğlu

07.12.1986-cı ildə Zaqatala rayonunun Dombabinə kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində komandir vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı 19.10.2020-ci il tarixdə Xocavənd rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 24.10.2020-ci il tarixdə Zaqatala rayonunun Dombabinə kənd qəbiristanlığında dəfn edilmişdir. Ailəli idi. 1 övladı var. Xidməti dövründə 26.06.2013-cü il tarixdə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, 26.06.2018-ci il tarixdə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” münasibətilə yubiley, 26.06.2020-ci il tarixdə III dərəcəli “Qüsursuz xidmətə görə” medalları, döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra 09.12.2020-ci il tarixdə “Vətən müharibəsi Qəhramanı”, 15.12.2020-ci il tarixdə “Vətən uğrunda” və 24.12.2020-ci il tarixdə “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.