Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Rəhbərlik




Şəxsi Heyətlə İş İdarəsinin rəisi polis polkovniki Qarayev Rahib Yunis oğlu

1960-cı ilin iyul ayının 1-də Laçın rayonunun Kürdhacı kəndində anadan olub. Həmin rayonun Alxaslı kəndindəki orta məktəbi bitirdikdən sonra 1977-ci ildə Bakı şəhərində fəhlə kimi əmək fəaliyyətinə başlayıb.
1979-81-ci illərdə keçmiş SSRİ DİN-in Ukrayna və Moldovadakı Daxili Qoşun hissələrində həqiqi hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra müxtəlif tikinti təşkilatlarında çalışıb.
1984-cü ilin may ayının 1-də əmək kollektivinin zəmanəti ilə Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətə qəbul olunub. Təxminən 5 il sıravi əməkdaş kimi xidmət etdikdən sonra hüquq təhsili almaq üçün keçmiş SSRİ DİN-in Bakı Xüsusi Orta Milis Məktəbinə göndərilib. 1996-cı ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.  
Müxtəlif vəzifələrdə, o cümlədən taqım komandiri, baş inspektor, Nazirliyin orqanı olan «Mübariz keşikdə» qəzetinin müxbiri, Mətbuat Xidmətinin inspektoru, bölmə rəisi, İdarə rəisinin müavini vəzifələrində xidmət edib. Hazırda Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin rəisidir. Polis polkovnikidir.
33 illik xidməti dövründə bir çox mükafatlara, o cümlədən Fəxri Fərmanlara, DİN-in «Əla xidmətlərinə görə» döş nişanına, «Daxili işlər orqanlarında qüsursuz xidmətə görə» medalının hər 3 dərəcəsinə, «Azərbaycan Polisinin 95 illiyi» yubiley medalına layiq görülüb. 2007-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə «Vətən uğrunda» medalı ilə təltif olunub.
Ailəlidir, iki qız övladı, iki nəvəsi var.