Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

ƏKBƏROV AKİF ABBAS oğlu

Akif Abbas oğlu Əkbərov 1952-ci ilin fevral aymın 2-də Cəbrayıl rayonunun Balyand kəndində anadan olmuşdur. 1969-cu ildə 1 saylı Beyləqan şəhər orta məktəbini bitirmişdir.

1970-ci ildə A.Əkbərov ordu sıralarına çağırılmışdır. 1972-ci ildə ordudan təxris olunub.

1974-cü ildə Beyləqan rayon Daxili İşlər şöbəsində polis nəfəri kimi fəaliyyətinə başlayıb. Sonuncu iş yeri Polis şöbəsinin dövlət avtomobil müfəttişliyi bölməsi olub. Polis starşinası A.Əkbərov həmin bölmədə yol-patrul xidməti müfəttişi vəzifəsində işləyirdi.

1991-ci ilin avqustun 5-də Beyləqan rayon Polis şöbəsinin bir qrup əməkdaşı Kəlbəcər rayonunun "Sarı yer" yaylağında mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün oraya ezam olunur. Polislərin arasında A.Əkbərov da var idi. Erməni quldurları tez-tez yaylaqlara qəfil basqınlar etdiyindən, polislərimiz hər zaman sayıq olmağa çalışırdılar.

1991-ci ilin avqust aynın 12-də ermənilər Cermuq şəhəri tərəfdən "Sarı yer" yaylağına hücuma keçirlər. Əhalini qorumaq üçün polis işçiləri döyüşə girirlər. Akif elə döyüş mövqeyi tutmuşdu ki, ermənilər başlarını qaldırmağa belə macal tapmırdılar. Təxminən 6 saat davam edən bu qeyri-bərabər döyüşdə A.Əkbərov xüsusilə fərqlənir. Düşmənin xeyli canlı qüvvəsi məhv edilir. Lakin qəfil düşmən gülləsi Akifdən də yan keçmir.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Əkbərov Akif Abbas oğlu (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adna layiq görülmüşdür.

Ailəli idi. Beş övladı yadigar qalıb.

A.Əkbərov Beyləqan rayonunda dəfn edilmişdir. Büstü qoyulmuşdur.

Beyləqan rayonundakı küçələrdən biri Qəhrəmanın adını daşıyır.