Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

ƏLİYEV İLHAM MÜZƏFFƏR oğlu

İlham Müzəffər oğlu Əliyev  1961-ci ilin may ayının 5-də Gədəbəy rayonunda anadan olmuşdur. Orta məktəbi 1978-ci ildə bitirmiş, 1980-ci ildə hərbi xidmətə çağırılmışdır.

1982-ci ildə İ.Əliyev ordudan təxris olunduqdan sonra Gədəbəy rayonunda Kommunal Təsərrüfatı İdarəsində, sonra isə İsmayıllı rayonunda mexanikləşdirilmiş dəstədə çalışmışdır.

1983-cü ildə İ.Əliyevi DİN-nin təyinatı ilə İsmayıllı rayon Daxili İşlər şöbəsi qəbul edirlər. Bir müddətdən sonra işini Gədəbəy rayon DİŞ-nin mühafizə bölməsinə dəyişirlər.

İ.Əliyev 1985-ci ildə Bryansk Xüsusi Orta Milis Məktəbinə daxil olur. 1987-ci ildə Gədəbəy rayonunda sahə müvəkkili, Gəncə şəhər DİŞ-də sahə müfəttişi, sonra isə cinayət-axtarış bölməsində əməliyyatçı vəzifələrində çalışır. O, rəhbərlik tərəfindən dəfələrlə mükafatlandırılmış, "Milis əlaçısı" döş nişanına layiq görülmüşdü.

1988-90-cı illərdə erməni quldurları müxtəlif istiqamətlərdən Azərbaycanın ayrı-ayrı bölgələrinə silahlı basqınlar edir, dinc əhalini gülləbaran edirdilər. 1990-cı ililin avqust ayının 19-da leytenant I.Əliyev torpaqlarımızın müdafiəsinə göndərildi.

Qazax rayonunun Aşağı Əskipara kəndi od-alov içində yanırdı. Ermənistanla həmsərhəd olan bu kənd fasiləsiz olaraq erməni yaraqlıları tərəfindən atəşə tutulurdu, İlham 11 nəfərlik dəstə ilə məktəbin binasını özünə mövqe seçir, quldurların kəndə soxulmasına mane olur. Düşmən ağır itki verməsinə baxmayaraq geri çəkilmək istəmir, kəndi mühasirəyə almağa çalışırdı. Artıq məktəb də təhlükə altında idi. İlham yoldaşlarını xilas etmək üçün düşməni özünə cəlb etməklə ermənilərlə təkbətək döyüşə girdi. O, qarın nahiyəsindən ağır yaralandı. Onu Qazax rayon xəstəxanasına çatdırsalar da artıq gec idi.

Azərbaycan Respublikası Prezidentinin 6 iyul 1992-ci il tarixli 831 saylı Fərmanı ilə İlham Müzəffər oğlu Əliyev (ölümündən sonra)"Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Ailəli idi. Bir övladı var.

İ.Əliyev Gədəbəy rayonunda dəfn edilib.Gədəbəy şəhərindəki 1 saylı orta məktəb Qəhrəmanın adını daşıyır. Məktəbin önündə İ.Əliyevin büstü qoyulmuşdur.