Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Şəhid ailələri ziyarət edildi

8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Bakı şəhərində, eləcə də respublikanın şəhər və rayonlarında yaşayan DİN-in Daxili Qoşunlarının Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularının ailə üzvləri ziyarət olunmuşdur.

Polis əməkdaşları tərəfindən bayram münasibəti ilə şəhidlərin qadın ailə üzvlərinə və övladlarına hədiyyələr təqdim olunmuş, onların problemləri və istəkləri dinlənilmişdir.
Öz növbəsində şəhid ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.