Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Qəhrəman polisimizin anım günü qeyd olunub

Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş, Şuşa şəhərini düşməndən qoruyarkən şəhidlik zirvəsinə ucalmış Azərbaycanın Milli Qəhrəmanı Sadıq Hüseynovun anım günüdür. Bu münasibətlə Ağcabədi Rayon Polis Şöbəsinin şəxsi heyəti Sadıq Hüseynovun adını daşıyan Xocavənd kənd tam orta məktəbində olub, qəhrəmanımızın büstü önünə gül-çiçək dəstələri qoyub. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd olunub ki, S. Hüseynov 1989-cu ildə polis əməkdaşı kimi xidmətə başlayıb. Şuşa şəhərində sahə müvəkkili vəzifəsində çalışıb. Şuşa uğrunda gedən döyüşlərdə digər silahdaşları kimi şəhərin müdafiəsində dayanıb. Bir neçə dəfə yaralanmasına baxmayaraq döyüş meydanını tərk etməyib, 1992-ci il aprelin 13-də gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.