Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Daxili İşlər Nazirliyinin əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ekoloji mühitin, xüsusən yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin formalaşmış ənənəyə uyğun olaraq, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Daxili İşlər Nazirliyinin əməkdaşları Xəzər rayonunun Şüvəlan qəsəbəsinin ərazisində növbəti ağacəkmə kampaniyası keçiriblər.
Ərazidə abadlıq və təmizləmə işləri aparıldıqdan sonra polis əməkdaşları şam və zeytun tinglərini əkib, onların suvarılmasını təmin ediblər. Ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırıblar.
Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcəkdir.