Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Daxili işlər orqanlarında ideoloji işin aparılması ilə bağlı silsilə görüşlər davam edir

Gənc əməkdaşların mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, sosial təşəbbüskarlığının artırılması, innovativ təfəkkürünün inkişaf etdirilməsi, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, xidmətdə olduqları və xidmətdən kənar vaxtlarda etik davranış qaydalarına riayət etmələrinin təmin edilməsi, neqativ informasiya təsirlərinin neytrallaşdırılması və pis vərdişlərlə mübarizənin gücləndirilməsi məqsədilə Yevlax, Naftalan, Goranboy, Samux və Şəmkir Rayon Polis və Regional Mühafizə şöbələrinin şəxsi heyəti ilə canlı görüşlər keçirilmişdir.

Şəxsi Heyətlə İş İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Firdovsi Nəsirov və baş inspektoru polis polkovniki Laçın Paşayev tərəfindən tədbir iştirakçılarına “Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yolun uğurlu davamıdır”, “12.07.2024-cü il tarixdə keçirilmiş DİN-in Kollegiya iclasında qeyd olunmuş bəzi aktual məsələlər”, “2024-cü il sentyabr ayının 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisədir”, “Azərbaycanda keçiriləcək “COP29” tədbiri ilə bağlı polis əməkdaşlarından nə tələb olunur?”, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” - əməkdaşların xidmət zamanı və xidmətdən kənar vaxtlarda etik davranış qaydalarına əməl etməsinə, polisin cəmiyyətdə nüfuzunun artırılmasına xidmət edən normativ və nizamlayıcı sənəd kimi”, “Etik davranış qaydalarına zidd olan pis vərdişlərlə mübarizə və sosial şəbəkələrdən istifadənin yolverilməzliyi, cəmiyyətdə qəbul olunmuş mənəvi, əxlaqi və mədəni davranış, ailə-məişət normalarına riayət olunmasının vacibliyi” və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın daxili işlər orqanlarında yerinə yetirilməsinə dair 2024-cü il üçün DİN-in 19.12.2023-cü il tarixli 3-13-2/2-662/2023 nömrəli İş Planından irəli gələn tələblər və vəzifələr” mövzuları üzrə iştirakçılara zəruri məlumatlar çatdırılmışdır.

Bununla yanaşı, polisin fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə mənfi rəyin formalaşmasının başlıca səbəbi olan halların aradan qaldırılması, sosial şəbəkələrin cəmiyyətin şüuruna mənfi təsir etmə imkanları və yarada biləcək təhlükələr, eləcə də korrupsiya hallarına qarşı mübarizə məsələləri ilə bağlı əməkdaşlarla canlı söhbətlər aparılaraq həmin təzahürlərin qarşısının alınması yolları izah edilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

Növbəti görüşlərin müəyyən olunmuş vaxtlarda ardıcıllıqla respublikanın digər rayonlarının polis orqanları və mühafizə hissələrində silsilə şəkildə davam etdirilməsi nəzərdə tutulmuşdur.