Baş səhifə
Etik davranış kodeksi
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Təşviqat işləri davam etdirilir

DİN sistemində təhsilə, polisdə və Daxili Qoşunlarda xidmətə təşviqlə bağlı gənclərlə növbəti görüş keçirilmişdir

“Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsinə dair” DİN-in 14.05.2022-ci il tarixli 001-33612-1222 nömrəli Tədbirlər Planının və 16.09.2022-ci il tarixli G50-001-22 nömrəli göstərişinin icrası ilə bağlı 2024-cü ilin sentyabr ayının 13-də gənclərin DİN sistemində təhsilə və xidmətə cəlb edilməsi məqsədilə respublikanın Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonlarını əhatə edən Gənclər və İdman Nazirliyinin Quba-Xaşmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, Şəxsi Heyətlə İş İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Firdovsi Nasirovun, baş inspektoru polis polkovniki Laçın Paşayevin və Daxili Qoşunların nümayəndəsinin iştirakı ilə Xaşmaz Rayon Polis Şöbəsində gənclərlə görüş keçirilmişdir.

Tədbir iştirakçılarına polisin tarixi, daxili işlər orqanlarında və Daxili Qoşunlarda xidmətin xüsusiyyətləri barədə, həmçinin DİN sistemində təhsilə, polisdə və Daxili Qoşunlarda xidmətə qəbulla bağlı zəruri məlumatlar çatdırılmış, canlı söhbətlər aparılmış və iştirakçıları maraqlandıran suallar cavablandırılmaqla təbliğat bukletləri paylanılmışdır.