Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.
H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri
Əməkdaşların ideoloji hazırlığının yüksəldilməsi, sosial təşəbbüskarlığının artırılması, innovativ təfəkkürünün inkişaf etdirilməsi, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, neqativ informasiya təsirlərinin neytrallaşdırılması və pis vərdişlərlə mübarizənin gücləndirilməsi məqsədilə Şəxsi Heyətlə İş İdarəsi tərəfindən Siyəzən, Quba, Xaşmaz, Qusar, Şabran və Xızı Rayon Polis şöbələrinin şəxsi heyəti ilə canlı görüşlər və təlimlər keçirilmişdir.
Görüşlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin dinamik inkişafı, Azərbaycanda keçiriləcək “COP29” tədbiri, 12.07.2024-cü il tarixdə keçirilmiş DİN-in Kollegiya iclasında qeyd olunmuş bir sıra aktual məsələlər, şəxsi heyətin xidmət zamanı və xidmətdən kənar vaxtlarda etik davranış qaydalarına, xidməti intizama və qanunçuluğa əməl etməsinin vacibliyinə, polisin cəmiyyətdə nüfuzunun artırılmasına dair mövzular iştirakçıların nəzərinə çatdırılmış, sosial şəbəkələrdə polisin fəaliyyəti ilə bağlı mənfi rəyin formalaşdırılması cəhdlərinin qarşısının alınması, sosial şəbəkələrin cəmiyyətin şüuruna mənfi təsir etmə imkanları və yarada biləcək təhlükələr, sosial şəbəkələrdən istifadənin, əxlaq normalarına zidd davranışın yolverilməzliyi, əməkdaşların xidməti konfidensiallığı qorumalarının zəruriliyi, eləcə də korrupsiya hallarına qarşı mübarizə ilə bağlı mövzular əməkdaşların diqqətinə çatdırılmış, canlı söhbətlər aparılaraq həmin təzahürlərin qarşısının alınması yolları izah edilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.
Şəxsi heyətin ideoloji hazırlığının yüksəldiməsi istiqamətində tədbirlər DİN-in 14.02.2024-cü il tarixli 3-13-23/2-436/2024 nömrəli “Daxili işlər orqanlarında ideoloji işin aparılması ilə bağlı 2024-cü ildə Şəxsi Heyətlə İş İdarəsi tərəfindən keçiriləcək seminar-məşğələlərin Plan Cədvəli”nə uyğun davam etdirilir.
Daxili İşlər Nazirliyi http://www.mia.gov.az |
Bakı şəhər Baş Polis İdarəsi http://www.bakupolice.gov.az |
Baş Dövlət Yol Polisi İdarəsi http://www.dyp.gov.az |
Daxili Qoşunların Baş İdarəsi http://dq.mia.gov.az |
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi http://www.insanalveri.gov.az |
Polis Akademiyası http://www.pa.edu.az |
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi http://www.bpqmi.gov.az |
A.N.Heydərov adına Respublika Hospitalı http://www.hospital.mia.gov.az |
"Xəzri" istirahət və sağlamlıq mərkəzi http://www.khazri.mia.gov.az |
Polis qəzeti https://pq.mia.gov.az/ |