Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Daxili işlər orqanlarında əməkdaşların mənəvi-psixoloji hazırlığının yüksəldilməsi ilə bağlı silsilə görüşlər davam edir

Əməkdaşların ideoloji hazırlığının yüksəldilməsi, sosial təşəbbüskarlığının artırılması, innovativ təfəkkürünün inkişaf etdirilməsi, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, neqativ informasiya təsirlərinin neytrallaşdırılması və pis vərdişlərlə mübarizənin gücləndirilməsi məqsədilə Şəxsi Heyətlə İş İdarəsi tərəfindən Mingəçevir, Qəbələ, Şəki, Zaqatala, Balakən, Qax və Oğuz şəhər, rayon polis, eləcə də Mingəçevir, Qəbələ, Şəki və Zaqatala şəhər və regional mühafizə şöbələrinin şəxsi heyəti ilə canlı görüşlər və seminarlar keçirilmişdir.

Görüşlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin dinamik inkişafı, Azərbaycanda keçiriləcək “COP29” tədbiri, 12.07.2024-cü il tarixdə keçirilmiş DİN-in Kollegiya iclasında qeyd olunmuş bir sıra aktual məsələlər, şəxsi heyətin xidmət zamanı və xidmətdən kənar vaxtlarda etik davranış qaydalarına, xidməti intizama və qanunçuluğa əməl etməsinin vacibliyinə, polisin cəmiyyətdə nüfuzunun artırılmasına dair mövzular iştirakçıların nəzərinə çatdırılmış, sosial şəbəkələrdə polisin fəaliyyəti ilə bağlı mənfi rəyin formalaşdırılması cəhdlərinin qarşısının alınması, sosial şəbəkələrin insanların şüuruna mənfi təsir etmə imkanları və yarada biləcəyi təhdidlər, sosial şəbəkələrdən istifadənin, əxlaq normalarına zidd davranışın yolverilməzliyi, əməkdaşların xidməti konfidensiallığı qorumalarının zəruriliyi, eləcə də korrupsiya hallarına qarşı mübarizə ilə bağlı mövzular əməkdaşların diqqətinə çatdırılmış, canlı söhbətlər aparılaraq həmin təzahürlərin qarşısının alınması yolları izah edilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

Şəxsi heyətin ideoloji hazırlığının yüksəldiməsi istiqamətində tədbirlər DİN-in 14.02.2024-cü il tarixli 3-13-23/2-436/2024 nömrəli “Daxili işlər orqanlarında ideoloji işin aparılması ilə bağlı 2024-cü ildə Şəxsi Heyətlə İş İdarəsi tərəfindən keçiriləcək seminar-məşğələlərin Plan Cədvəli”nə uyğun davam etdirilir.