Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.
H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri
Əziz həmkarlar!
Azərbaycanın çoxəsrlik tarixinin ən şanlı səhifəsi olan Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Sizi, həmçinin hörmətli veteranlarımızı, respublikanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin və polis əməkdaşlarının ailə üzvlərini ürəkdən təbrik edir, ən xoş diləklərimizi çatdırıram.
2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə tərkibində Daxili Qoşunların da olduğu rəşadətli Ordumuz Vətən torpaqları uğrunda savaşa başlayaraq Qarabağın 30 illik işğalına son qoydu və şanlı qələbəyə imza atdı.
Daxili Qoşunların şəxsi heyəti Böyük Zəfərin davamı olan antiterror əməliyyatı zamanı da yüksək peşəkarlıq və döyüşaparma qabiliyyəti nümayiş etdirdi, Müzəffər Ali Baş Komandanın qarşıya qoyduğu döyüş tapşırıqları layiqincə icra olundu.
Sözsüz ki, Zəfər yürüşünün ön sıralarında gedən, Murov Zirvəsi, Cəbrayıl, Hadrut, Füzuli və Şuşa uğrundakı döyüşlərlə nəsillərə nümunə olan qəhrəmanlıq dastanı yazan, işğal altındakı torpaqlarımızı canı-qanı bahasına azad edən əsgər və zabitlərimizin fədakarlığı heç vaxt unudulmayacaq və onların əziz xatirəsi əbədi yaşayacaqdır.
Artıq dörd ilə yaxındır ki, azad olunmuş torpaqlara Böyük Qayıdış yolunda inamlı addımlar atılır. Genişmiqyaslı bərpa-quruculuq işlərinə öz töhfəsini verən Daxili Qoşunlar və Azərbaycan Polisi həyatın yenidən qayıtdığı yerlərdə asayişi və təhlükəsizliyi qətiyyətlə qoruyaraq xidməti vəzifələrini əzmlə yerinə yetirirlər.
Əminəm ki, gündən-günə güclənən, təhlükəsizliyin etibarlı qarantı olan və öz andına daim sadiq qalan şəxsi heyətimiz xalqın və Ali Baş Komandanın etimadını bundan sonra da doğruldacaqdır.
Azərbaycan Respublikasına sədaqətli xidmətə görə hamınıza təşəkkür edir, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və yeni-yeni uğurlar arzulayıram!
Vilayət Eyvazov
Azərbaycan Respublikasının
daxili işlər naziri
general-polkovnik
7 noyabr 2024-cü il.
Daxili İşlər Nazirliyi http://www.mia.gov.az |
Bakı şəhər Baş Polis İdarəsi http://www.bakupolice.gov.az |
Baş Dövlət Yol Polisi İdarəsi http://www.dyp.gov.az |
Daxili Qoşunların Baş İdarəsi http://dq.mia.gov.az |
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi http://www.insanalveri.gov.az |
Polis Akademiyası http://www.pa.edu.az |
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi http://www.bpqmi.gov.az |
A.N.Heydərov adına Respublika Hospitalı http://www.hospital.mia.gov.az |
"Xəzri" istirahət və sağlamlıq mərkəzi http://www.khazri.mia.gov.az |
Polis qəzeti https://pq.mia.gov.az/ |