Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.
H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri
DİN-in Nəqliyyatda Baş Polis və Bakı Şəhər Baş Polis idarələrində Şəxsi Heyətlə İş İdarəsi əməkdaşlarının iştirakı ilə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirlər keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Dövlət himni səsləndirilib və çıxışlar dinlənilib.
Çıxış edənlər bütün varlığı ilə xalqına bağlı olan Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb. Qeyd olunub ki, ulu öndərin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə hakimiyyətlə xalq arasında olan sıx bağlılığın nəticəsində ölkəmiz hərtərəfli inkişaf etmiş, bütün bunlar isə Vətən müharibəsindəki möhtəşəm qələbəmizi şərtləndirmiş, nəticədə hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə düşmən tapdağında olan ata-baba torpaqlarımız işğaldan azad edilmişdir.
Tədbirlərin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmlər nümayiş olunub.




![]() |
Daxili İşlər Nazirliyi http://www.mia.gov.az |
![]() |
Bakı şəhər Baş Polis İdarəsi http://www.bakupolice.gov.az |
![]() |
Baş Dövlət Yol Polisi İdarəsi http://www.dyp.gov.az |
![]() |
Daxili Qoşunların Baş İdarəsi http://dq.mia.gov.az |
![]() |
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi http://www.insanalveri.gov.az |
![]() |
Polis Akademiyası http://www.pa.edu.az |
![]() |
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi http://www.bpqmi.gov.az |
![]() |
A.N.Heydərov adına Respublika Hospitalı http://www.hospital.mia.gov.az |
![]() |
"Xəzri" istirahət və sağlamlıq mərkəzi http://www.khazri.mia.gov.az |
![]() |
Polis qəzeti https://pq.mia.gov.az/ |