Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

DİN sistemində təhsilə, polisdə və Daxili Qoşunlarda xidmətə təşviqat işləri davam etdirilir

“Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsinə dair” DİN-in 14.05.2022-ci il tarixli 001-33612-1222 nömrəli Tədbirlər Planının və 16.09.2022-ci il tarixli G50-001-22 nömrəli göstərişinin icrası ilə bağlı 2024-cü ilin sentyabr ayının 13-də gənclərin DİN sistemində təhsilə və xidmətə cəlb edilməsi məqsədilə respublikanın Gəncə və Naftalan şəhərlərini, Daşkəsən, Göygöl, Göranboy və Samux rayonlarını əhatə edən Gənclər və İdman Nazirliyinin Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin, eləcə də Ağstafa, Qazax, Gədəbəy, Şəmkir və Tovuz rayonlarını əhatə edən Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin DİN-lə birgə təşkilatçılığı, Şəxsi Heyətlə İş İdarəsinin və Daxili Qoşunların nümayəndələrinin iştirakı ilə Gəncə və Qazax şəhərlərində gənclərlə növbəti görüşlər keçirilmişdir.

Qeyd olunmalıdır ki, İdarənin əməkdaşları tərəfindən cari ilin fevral ayında Lənkəran, aprel ayında Mingəçevir şəhərlərində və İsmayıllıda, iyun ayında Bərdə, sentyabrda Xaçmaz rayonlarında, oktyabr ayında Şəki şəhərində və Zaqatala rayonunda, dekabr ayında Gəncə şəhərində və Qazax rayonunda ümumilikdə 1200-dən çox gəncin iştirakı ilə olimpiya idman komplekslərində, gənclər evlərində və təhsil müəssisələrində canlı görüşlər keçirilmiş, polisin tarixi, daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə, həmçinin DİN sistemində təhsilə, polisdə və Daxili Qoşunlarda xidmətə təşviq istiqamətində zəruri məlumatlar iştirakçıların nəzərinə çatdırılmış və təşviqat videoçarxları nümayiş etdirilmiş, söhbətlər aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmış, eyni zamanda, tədbirlərin keçirildiyi binaların foyesində aidiyyəti məlumat-reklam posterləri və plakatlar yerləşdirilməklə, iştirakçılara təbliğat bukletləri və yeni tələblərə uyğun dizaynda hazırlanmış məlumat flayerləri paylanılmışdır.