Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.
H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri
Əziz həmkarlar!
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan quruculuq işləri və məqsədyönlü islahatlar sayəsində daxili işlər orqanları və daxili qoşunlar 2024-cü ildə də inkişafda olmuş, xidməti fəaliyyətdə vətəndaş məmnunluğu, xalqa və dövlətə sədaqətli xidmət prinsipləri rəhbər tutularaq qanunla müəyyən edilmiş vəzifələr və qarşıya qoyulmuş tapşırıqlar layiqincə yerinə yetirilmişdir. Şəxsi heyət anda, vəzifə borcuna sadiq qalaraq cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun, hüquq qaydasının təmin edilməsi funksiyalarının icrasını da böyük əzm və peşəkarlıqla həyata keçirmiş, həmçinin dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin COP29 sessiyası zamanı asayişi və təhlükəsizliyi etibarlı qorumuşdur.
Möhtərəm Prezident tərəfindən polisin və daxili qoşunların böyük əməyi və nümunəvi fəaliyyəti yola saldığımız ildə də yüksək qiymətləndirilmiş, xidmətdə fərqlənənlər dövlət təltiflərinə layiq görülmüşlər.
Azərbaycan Respublikasına xidmətə görə hamınıza təşəkkür edir və əmin olduğumu bildirirəm ki, Siz bundan sonra da hər bir şəxsin qanuni mənafeyinin, hüquq və azadlıqlarının müdafiəsi kimi məsul vəzifələrin öhdəsindən bacarıqla gələcək, ölkə Prezidentinin, Ali Baş Komandanın etimadını doğruldacaqsınız.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə sizi, həmçinin hörmətli veteranlarımızı, vəzifə borcunu yerinə yetirərkən şəhid və həlak olmuş əməkdaşlarımızın və hərbi qulluqçularımızın ailə üzvlərini təbrik edir, möhkəm cansağlığı, ailə səadəti və uğurlar arzulayıram!
Vilayət Eyvazov
Azərbaycan Respublikasının
daxili işlər naziri
general-polkovnik
30 dekabr 2024-cü il.
Daxili İşlər Nazirliyi http://www.mia.gov.az |
Bakı şəhər Baş Polis İdarəsi http://www.bakupolice.gov.az |
Baş Dövlət Yol Polisi İdarəsi http://www.dyp.gov.az |
Daxili Qoşunların Baş İdarəsi http://dq.mia.gov.az |
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi http://www.insanalveri.gov.az |
Polis Akademiyası http://www.pa.edu.az |
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi http://www.bpqmi.gov.az |
A.N.Heydərov adına Respublika Hospitalı http://www.hospital.mia.gov.az |
"Xəzri" istirahət və sağlamlıq mərkəzi http://www.khazri.mia.gov.az |
Polis qəzeti https://pq.mia.gov.az/ |