Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.
H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri
Fevralın 24-də Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı faciəsi zamanı şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinin iştirakı ilə anım mərasimi keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əlilevin, işğalçılarla qeyri-bərabər döyüşlərdə qəhrəmancasına həlak olmuş polis əməkdaşlarının, soyqırıma məruz qalmış xocalıların, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Elçin Məmmədli tədbiri giriş sözü ilə açaraq xalqımızın son iki əsr ərzində erməni millətçiləri tərəfindən dəfələrlə soyqırıma məruz qaldığını, azərbaycanlıların növbəti belə faciə ilə 33 il əvvəl Xocalıda üzləşdiyini bildirmişdir. Polis polkovniki E.Məmmədli Ümummili lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial şəkildə yanaşıldığını, məhz onun qətiyyəti sayəsində soydaşlarımıza qarşı qəddarcasına törədilmiş dəhşətli qətliama obyektiv hüquqi-siyasi qiymət verildiyini diqqətə çatdırmışdır.
E.Məmmədli, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə bu faciənin bütün dünyada tanınması istiqamətində görülən işlər, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış "Xocalıya ədalət!" kampaniyası çərçivəsində mütəmadi şəkildə həyata keçirilən tədbirlər, geniş təbliğat nəticəsində özlərini beynəlxalq ictimaiyyətə məzlum, türklər tərəfindən guya soyqırımına məruz qalmış əzabkeş xalq kimi göstərməyə çalışan erməni millətçilərinin, lobbisinin və havadarlarının bu istiqamətdəki səylərinin puç olduğunu, yalan və saxtakarlıq üzərində qurulmuş təbliğatlarının iflasa uğradığını qeyd etmişdir.
O, həmçinin, Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində müzəffər Ali Baş Komandan, möhtərəm Pezident cənab İlham Əliyevin və qalib ordumuzun sayəsində kütləvi qırğını təşkil etmiş cinayətkarların layiq olduqları cəzanı almaları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam bərpası barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Polis polkovniki E.Məmmədli Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun adından qəhrəman şəhərin müdafiəsində şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinə bir daha başsağlığı vermiş, onların problemləri və qayğıları ilə maraqlanmış, qaldırılan məsələlərin tezliklə həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirmiş, onlara maddi yardım təqdim etmişdir.
Tədbirdə iştirak etmiş şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
![]() |
Daxili İşlər Nazirliyi http://www.mia.gov.az |
![]() |
Bakı şəhər Baş Polis İdarəsi http://www.bakupolice.gov.az |
![]() |
Baş Dövlət Yol Polisi İdarəsi http://www.dyp.gov.az |
![]() |
Daxili Qoşunların Baş İdarəsi http://dq.mia.gov.az |
![]() |
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi http://www.insanalveri.gov.az |
![]() |
Polis Akademiyası http://www.pa.edu.az |
![]() |
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi http://www.bpqmi.gov.az |
![]() |
A.N.Heydərov adına Respublika Hospitalı http://www.hospital.mia.gov.az |
![]() |
"Xəzri" istirahət və sağlamlıq mərkəzi http://www.khazri.mia.gov.az |
![]() |
Polis qəzeti https://pq.mia.gov.az/ |