Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.
H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri
Hörmətli həmkarlar!
Novruz bayramı münasibətilə Sizi, hörmətli veteranlarımızı, şəhid olmuş əməkdaşlarımızın və hərbi qulluqçularımızın ailə üzvlərini ürəkdən təbrik edirəm.
Özündə xalqımızın çoxəsrlik mədəni keçmişini və zəngin mənəviyyatını dolğun təcəssüm etdirən bu Novruz bayramı da yurdumuzun hər bir yerində xoş ovqatla qarşılanır, eyni zamanda günbəgün inkişaf edib qüdrətlənən ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində keçirilir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurlu dövlət siyasəti sayəsində işğaldan azad edilmiş şəhər və rayonlarımızın yenidən canlandırılması və əzəli torpaqlarımıza əbədi qayıdış naminə aparılan quruculuq işləri vətəndaşlarımızın bayram sevinclərini və qurub-yaratmaq əzmini daha da artırır.
Öz növbəsində parlaq Qələbənin böyük qürurunu yaşayan, xalqa və dövlətə sədaqətli xidməti möhtərəm Prezident tərəfindən yüksək qiymətləndirilən əməkdaşlarımız və hərbi qulluqçularımız da bu bayram günlərində insanların dinc həyatını, qanuni mənafelərini, hüquq və azadlıqlarını qətiyyətlə qoruyur, ölkəmizin davamlı tərəqqisinin mühüm şərtlərindən olan asayişin və təhlükəsizliyin möhkəmlənməsinə əhəmiyyətli töhfələr verirlər.
Qanunla müəyyən edilmiş mühüm vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcəyinizə əminliyimi ifadə edərək hamınıza möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik, xidmətdə və şəxsi həyatda uğurlar arzulayıram.
Bayramınız mübarək!
Vilayət Eyvazov
Azərbaycan Respublikasının daxili işlər naziri
general-polkovnik
![]() |
Daxili İşlər Nazirliyi http://www.mia.gov.az |
![]() |
Bakı şəhər Baş Polis İdarəsi http://www.bakupolice.gov.az |
![]() |
Baş Dövlət Yol Polisi İdarəsi http://www.dyp.gov.az |
![]() |
Daxili Qoşunların Baş İdarəsi http://dq.mia.gov.az |
![]() |
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi http://www.insanalveri.gov.az |
![]() |
Polis Akademiyası http://www.pa.edu.az |
![]() |
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi http://www.bpqmi.gov.az |
![]() |
A.N.Heydərov adına Respublika Hospitalı http://www.hospital.mia.gov.az |
![]() |
"Xəzri" istirahət və sağlamlıq mərkəzi http://www.khazri.mia.gov.az |
![]() |
Polis qəzeti https://pq.mia.gov.az/ |