Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Daxili işlər orqanlarında ideoloji işin aparılması ilə bağlı silsilə görüşlər davam edir

Şəxsi heyət arasında ideoloji və mənəvi-psixoloji hazırlığın yüksəldilməsi, gənc əməkdaşların sosial təşəbbüskarlığının artırılması, innovativ təfəkkürünün inkişaf etdirilməsi, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, xidmətdə olduqları və xidmətdən kənar vaxtlarda etik davranış qaydalarına riayət etmələrinin təmin edilməsi, neqativ informasiya təsirlərinin neytrallaşdırılması və pis vərdişlərlə mübarizənin gücləndirilməsi məqsədilə Sumqayıt Şəhər Polis İdarəsinin, 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci polis bölmələrinin, Abşeron Rayon Polis İdarəsinin, Mehdiabad, Qobu və Saray polis bölmələrinin, Sumqayıt Şəhər və Abşeron Rayon Mühafizə idarələrinin şəxsi heyəti ilə canlı görüşlər keçirilmişdir.

Şəxsi Heyətlə İş İdarəsinin əməkdaşları tərəfindən tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin dinamik inkişafı, Nazirliyin Kollegiya iclaslarında qeyd olunmuş aktual məsələlər, şəxsi heyətin xidmət zamanı və xidmətdən kənar vaxtlarda etik davranış qaydalarına, xidməti intizama və qanunçuluğa əməl etməsinin vacibliyinə, polisin cəmiyyətdə nüfuzunun artırılmasına dair mövzular iştirakçıların nəzərinə çatdırılmış, polisin fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə mənfi rəyin formalaşmasının başlıca səbəbi olan halların aradan qaldırılması, sosial şəbəkələrin cəmiyyətin şüuruna mənfi təsir etmə imkanları və yarada biləcək təhlükələr, sosial şəbəkələrdən istifadənin, əxlaq normalarına zidd davranışın yolverilməzliyi, əməkdaşların xidməti konfidensiallığı qorumalarının zəruriliyi, eləcə də korrupsiya hallarına qarşı mübarizə ilə bağlı əməkdaşlarla canlı söhbətlər aparılaraq həmin təzahürlərin qarşısının alınması yolları izah edilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.
Növbəti görüşlərin müəyyən olunmuş vaxtlarda ardıcıllıqla respublikanın digər rayonlarının polis orqanları və mühafizə hissələrində silsilə şəkildə davam etdirilməsi nəzərdə tutulmuşdur.