Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.
H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 3-4-də Naftalan Şəhər Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Nazir əvvəlcə Naftalan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra rayon polis şöbəsinin inzibati binasında Gəncə, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Xocalı, Kəlbəcər, eləcə də digər şəhər və rayonlardan gələn 172 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.
Nazir qəbula gələnlərin müraciətlərinin həlli istiqamətində zəruri addımların atılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə ciddi tapşırıqlar verib. Müraciətlərin mütləq əksəriyyəti yerindəcə öz həllini tapıb. Səfər çərçivəsində general-polkovnik V.Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.
Vətən müharibəsinin 16 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 121 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Youtube linki - https://www.youtube.com/watch?v=qvowo-UC_XQ





![]() |
Daxili İşlər Nazirliyi http://www.mia.gov.az |
![]() |
Bakı şəhər Baş Polis İdarəsi http://www.bakupolice.gov.az |
![]() |
Baş Dövlət Yol Polisi İdarəsi http://www.dyp.gov.az |
![]() |
Daxili Qoşunların Baş İdarəsi http://dq.mia.gov.az |
![]() |
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi http://www.insanalveri.gov.az |
![]() |
Polis Akademiyası http://www.pa.edu.az |
![]() |
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi http://www.bpqmi.gov.az |
![]() |
A.N.Heydərov adına Respublika Hospitalı http://www.hospital.mia.gov.az |
![]() |
"Xəzri" istirahət və sağlamlıq mərkəzi http://www.khazri.mia.gov.az |
![]() |
Polis qəzeti https://pq.mia.gov.az/ |