Baş səhifə
Etik davranış kodeksi
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

8 Noyabr - Zəfər Günü ilə əlaqədar Daxili İşlər Nazirliyinin əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər

Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Sabunçu rayonu ərazisində növbəti ağacəkmə kampaniyası keçirilib. Əvvəlcə Ramana qəsəbəsində seçilmiş ərazidə abadlıq və təmizləmə işləri aparılıb. Sonra polis əməkdaşları və hərbi qulluqçular yerli iqlimə uyğunlaşdırılmış şam və zeytun tinglərini əkib, ağaclara aqrotexniki qaydada qulluq göstərib, suvarma işləri görüblər. Tinglərin küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb.

YouTube linki: https://youtu.be/jvqBAbagls4