Baş səhifə
Etik davranış kodeksi
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Daxili işlər naziri gənclərin sırasından seçim edib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabrın 22-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 120 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 13 nəfəri Vətən müharibəsi iştirakçısıdır. Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib. Qeyd edək ki, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2025-ci il ərzində respublikanın şəhər və rayonlarında ümumilikdə 21 sıra baxışı keçirilib. Xidmətə qəbul üçün Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət edərək sıra baxışlarında iştirak etmiş gənclərdən 4392 nəfər seçim turunun növbəti mərhələlərinə buraxılıb ki, onlardan da 435 nəfəri Vətən müharibəsi iştirakçısıdır.