Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.
H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri
Şəxsi heyət arasında ideoloji və mənəvi-psixoloji hazırlığın yüksəldilməsi, gənc əməkdaşların sosial təşəbbüskarlığının artırılması, innovativ təfəkkürünün inkişaf etdirilməsi, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, xidmətdə olduqları və xidmətdən kənar vaxtlarda etik davranış qaydalarına riayət etmələrinin təmin edilməsi, neqativ informasiya təsirlərinin neytrallaşdırılması və pis vərdişlərlə mübarizənin gücləndirilməsi məqsədilə Şəxsi Heyətlə İş İdarəsinin əməkdaşları tərəfindən Saatlı, Sabirabad, Şirvan və Hacıqabul şəhərlərində həmin rayonların polis və mühafizə qurumlarının, paytaxtın Nəsimi Rayon Polis İdarəsinin, şöbə və bölmələrinin şəxsi heyəti, eləcə də Sabirabad “ASAN xidmət” mərkəzinə təhkim olunmuş əməkdaşları ilə (ümumilikdə 11 qurumun 500 yaxın əməkdaşı ilə) növbəti canlı görüşlər keçirilmişdir.
Tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin dinamik inkişafı, Nazirliyin Kollegiya iclaslarında qeyd olunmuş aktual məsələlər, şəxsi heyətin xidmət zamanı və xidmətdən kənar vaxtlarda etik davranış qaydalarına, xidməti intizama və qanunçuluğa əməl etməsinin vacibliyinə, polisin cəmiyyətdə nüfuzunun artırılmasına dair mövzular iştirakçıların nəzərinə çatdırılmış, polisin fəaliyyəti ilə bağlı sosial mediada mənfi rəyin formalaşmasının başlıca səbəbi olan halların aradan qaldırılması, sosial şəbəkələrin cəmiyyətin şüuruna mənfi təsir etmə imkanları və yarada biləcək təhlükələr, onlardan istifadənin yolverilməzliyi, əməkdaşların xidməti konfidensiallığı qorumalarının zəruriliyi, eləcə də korrupsiya hallarına qarşı mübarizə ilə bağlı əməkdaşlarla canlı söhbətlər aparılaraq həmin təzahürlərin qarşısının alınması yolları izah edilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.
Növbəti görüşlərin müəyyən olunmuş vaxtlarda ardıcıllıqla nazirliyin mərkəzi aparatının və respublikanın rayonlarının polis orqanları və mühafizə hissələrində silsilə şəkildə davam etdirilməsi nəzərdə tutulmuşdur.


![]() |
Daxili İşlər Nazirliyi http://www.mia.gov.az |
![]() |
Bakı şəhər Baş Polis İdarəsi http://www.bakupolice.gov.az |
![]() |
Baş Dövlət Yol Polisi İdarəsi http://www.dyp.gov.az |
![]() |
Daxili Qoşunların Baş İdarəsi http://dq.mia.gov.az |
![]() |
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi http://www.insanalveri.gov.az |
![]() |
Polis Akademiyası http://www.pa.edu.az |
![]() |
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi http://www.bpqmi.gov.az |
![]() |
A.N.Heydərov adına Respublika Hospitalı http://www.hospital.mia.gov.az |
![]() |
"Xəzri" istirahət və sağlamlıq mərkəzi http://www.khazri.mia.gov.az |
![]() |
Polis qəzeti https://pq.mia.gov.az/ |