Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Daxili İşlər orqanlarında xidmət etmiş 1941-1945 -ci illər müharibəsi iştirakçıları ilə görüş

Ölkəmizin hər yerində alman faşizmi üzərində qələbənin 73-cü ildönümü böyük təntənə ilə qeyd olunur. İkinci Dünya müharibəsində əldə edilən bu qələbəyə Azərbaycan xalqı da böyük töhfələr verib. Vətənpərvər xalqımız qələbəni təmin etmək üçün döyüşən orduya yaxından və hərtərəfli kömək göstərib, arxa cəbhədə çalışanlar əsl şücaət və əzmkarlıq nümayiş etdiriblər.

Ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycana siyasi hakimiyyətə qayıtdıqdan sonra imzaladığı sərəncamla hər il mayın 9-u Qələbə Günü kimi rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməyə, müharibə veteranlarının sosial-məişət şəraitinin, maddi rifahının yaxşılaşdırılmasına başlandı, onların müalicələrinin təşkili istiqamətində əsaslı tədbirlər həyata keçirildi, müvafiq fərman və sərəncamlar imzalandı.

Milli Liderin Böyük Vətən müharibəsi iştirakçılarına, müharibədə həlak olanların ailələrinə göstərdiyi diqqət və qayğı bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Mayın 9-da Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev və Nazirliyin Veteranlar şurasının sədri Fərhad Süleymanov alman faşizmi üzərində möhtəşəm qələbədən sonra həyatlarını daxili işlər orqanlarında xidmətə sərf etmiş bir qrup Böyük Vətən müharibəsi iştirakçısının evində olmuş, ölkənin daxili işlər naziri, general-polkovnik Ramil Usubovun səmimi təbriklərini və bayram hədiyyəsini onlara çatdırmışlar. Berlinin alınmasında şəxsi igidlik nümayiş etdirmiş İsmayıl Qasımov, həmçinin veteranlardan Müseyib İlyasov, Mehdi Mehdiyev, Əli Hacıyev və Yunis Məmmədov göstərdiyi yüksək diqqət və qayğıya görə nazir R.Usubova dərin minnətdarlıqlarını bildirmişlər.