Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Polis–vətəndaş münasibətləri günbəgün yaxşılaşmaqdadır

Bunu poçtumdakı vətəndaş müraciətlərinə əsaslanıb yazıram. Təkcə yenicə başa vurduğumuz oktyabr ayında (son 1 ayda da deyə bilərik) paytaxt Bakıdan və respublikamızın müxtəlif regionlarından Nazirliyin rəhbərliyinə ünvanlanmış minnətdarlq məktublarına nəzər salsaq, gözəl bir mənzərənin şahidi olarıq. Amma tələsməyək, bu barədə bir az sonra...

Azərbaycanın bu gün əmin-amanlıq, sabitlik və təhlükəsizlik şəraitində inkişaf etməsi, təbii ki, ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin düşünülmuş və məqsədyönlü siyasətinin təzahürüdür. Təsadüfi deyil ki, həmişə olduğu kimi, bu il də - yanvar ayından ta bugünə qədər ölkəmizdə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təlükəsizliyin təmini vəzifələri layiqincə yerinə yetirilmiş, əməliyyat şəraiti bütövlükdə nəzarətdə saxlanılmış, daxili sabitlik dönməz xarakter almışdır. Qazanılmış uğurlar bir tərəfdən xidmətaparmanın təkmilləşdirilməsi, xidmət sahələri arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi, polisin maddi-texniki bazasının möhkəmləndirilməsi və müasirləşdirilməsi ilə bağlıdırsa, digər tərəfdən də daxili işlər orqan və hissələrində mənəvi-psixoloji sağlamlığın, əməkdaşlar arasında möhkəm nizam-intizamın, işgüzar əhval-ruhiyyənin nəticəsidir.

Bununla yanaşı, polisin cəmiyyətdə nüfuzunun daha da yüksəldilməsi işinin düzgün təşkil edilməsi, polis əməkdaşlarının peşəkarlığının, cəsarət və fədakarlığının kütləvi informasiya vasitələrində işıqlandırılması, habelə daxili işlər orqanlarının fəaliyyəti və cəmiyyətdə rolu haqqında məlumatlandırma işinin günün tələbləri səviyyəsinə qaldırılması məqsədilə ötən il “Polis–vətəndaş münasibətlərinin daha da yaxşılaşdırılmasına, cəmiyyətdə polisin işgüzar nüfuzunun artırılmasına dair” tədbirlər planı hazırlanmış və Daxili İşlər Nazirliyi rəhbərinin müvafiq əmri ilə icraya yönəldilmişdir.

Bu gün həmin plan üzrə həyata keçirilmiş tədbirləri təhlil edərkən görürük ki, daxili işlər orqanlarının şəxsi heyətinin Azərbaycan dövlətçiliyinə sədaqəti, insan hüquq və azadlıqlarının qorunması, daxili sabitliyin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə və asayişin mühafizəsi sahəsində əldə etdiyi müsbət nəticələr vaxtlı-vaxtında və əhatəli formada ictimaiyyətə çatdırılmış, polis əməkdaşlarının peşəkarlğının, Nazirliyin ayrı-ayrı struktur qurumlarının, orqan və hissələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin işıqlandırılması məqsədilə ölkə mediasında, dövrü mətbuatda və elektron informasiya vasitələrində bir mindən çox məqalə, iki yüzə yaxın videomaterial yayımlanmışdır. Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr ərazisində mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə koordinasiya bürosunun “Sodrujestvo” və Nazirliyin “Asayişin keşiyində” jurnallarında, “Mübariz keşikdə” və “Polis” qəzetləri ilə yanaşı “Azərbaycan”, “Xalq qəzeti”, “Ədalət”, “Şərq”, “525-ci qəzet”, “Bakı xəbər” və digər mətbu orqanlarda, eləcə də “Azərtac” kimi aparıcı xəbər agentliklərində, oxucuların maraqla izlədikləri digər xəbər portallarında məqalələr və məlumatlar yerləşdirilmişdir. Həmçinin sözügedən mövzuların işıqlandırılması məqsədilə müraciətləri əsasında yerli və xarici televiziya kanallarına lazımi şərait yaradılmışdır.

Nazirliyin ötən ilin may ayından fəaliyyət göstərən rəsmi “Facebook” səhifəsində və “İnstaqram” sosial şəbəkəsində cinayətkarlıqla mübarizədə əldə olunan uğurlara, veteranların fəaliyyətinə və keçirilən digər tədbirlərə dair fotoşəkilli materiallar yerləşdirilərək istifadəçilərin nəzərinə çatdırılmışdır. Həmin səhifələri izləyənlərin sayı bugünə 25 mini ötmüşdür.

Sözügedən tədbirlər planının icrası ilə bağlı Polis Akademiyasında da əlavə tədbirlər planlaşdırılmış, orta rəis heyətinə yeni qəbul edilmiş əməkdaşların ilkin hazırlıq kursunun “Peşə etikası” fənninə polis-vətəndaş münasibətlərinin daha da yaxşılaşdırılması, cəmiyyətdə polisin nüfuzunun artırılması məsələlərini əhatə edən mövzular daxil edilməklə zəruri məlumatların verilməsi praktikası tətbiq edilmişdir. A.Heydərov adına Sıravi və kiçik rəis heyəti hazırlayan məktəbdə isə ilkin hazırlıq kursu keçən dinləyicilərə “DİO əməkdaşlarının etik davranış Kodeksi” və “Polis əməkdaşının davranış qaydaları” “Ünsiyyət və etika” fənni üzrə ayrıca mövzu kimi tədris olunmaqdadır.

Həyata keçirilmiş tədbirləri uzun-uzadı sadalamadan bir məsələyə də diqqət yetirək: - Son 1 il 8 ayda respublikada keçirilən 1007 beynəlxalq, ictimai-siyasi, mədəni və idman tədbirlərində, o cümlədən Azərbaycan Respublikası Prezidentinin seçkiləri, Cənub Qaz Dəhlizi Məşvərət Şürasının IV iclası, VI Qlobal Bakı Forumu, Xəzər Neft və Qaz Konfransı, IV İslam həmrəyliyi oyunları, “Formula-1 Azərbaycan Qran Pri” yarışı, Gimnastika üzrə Dünya Kuboku, 26-cı Avropa çempionatı, Velosiped İdmanının BMX növü üzrə Dünya çempionatı ərəfəsində ictimai asayiş və təhlükəsizlik etibarlı şəkildə təmin olunmuşdur.

Təbii ki, vətəndaşlarımız bunu görür və yazımızın əvvəlində qeyd etdiyimiz kimi, hər gün DİN rəhbərliyinin ünvanına çoxsaylı təşəkkür məktubları ünvanlayırlar. Respublikamızın müxtəlif rayonlarında yaşayan vətəndaşlar – İbrahimov Elman Eyyub oğlu, Sadıqov Diyaşar Novruzəli oğlu, Mürsəliyev Nəbi Məhəmməd oğlu, Nəzərov Vaqif Şahməmməd oğlu, Qarayev Fuad Azad oğlu, Möhbalıyev Mətləb Soltanməcid oğlu, Bağırov İqbal Səməd oğlu, Xəlilov Bünyad Etibar oğlu və onlarla, yüzlərlə başqaları fədakar Azərbaycan polisinin səmərəli fəaliyyətini təqdir edir, minnətdarlıqlarını bildirirlər. Polisin vətəndaş məmnunluğu yaradan fəaliyyəti ilə bağlı ünvanımıza gələn müraciətlər vaxtaşırı sistemli şəkildə ölkə mediasına ötürülür. Söz yox ki, bütün bunlar polis-vətəndaş münasibətlərinin daha da yaxşılaşdırılması işinə xidmət edir.


Rahib Qarayev

DİN Şəxsi Heyətlə İş İdarəsinin rəisi,
polis polkovniki