Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

19 yanvar mitinqi

Əslində bu yazını "19 yanvar mitinqi və Şəhidlər xiyabanı" adlandırmaq istəyirdim, amma...
Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərdə təmsil olunan Azərbaycan Respublikasının bir qrup vətəndaşı öz Konstitusion hüquqlarından – sərbəst toplaşmaq azadlıqlarından istifadə edərək yanvarın 19-da Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda mitinq keçirdi. Rəsmi dövlət qurumları və müxalifət düşərgəsi mitinqdə iştirak edənlərin sayı ilə bağlı bir-birindən fərqli rəqəmlər səsləndirdilər. Düzü, iştirakçıların sayı və tərkibi müzakirə obyekti olmadığından məsələnin dərinliyinə varmayacam…
Hər bir halda mitinq keçirildi və dövlət qurumları bu tədbirin keçirilməsinə icazə verərək lazımı təhlükəsizlik tədbirləri gördülər.
Millətin şanlı keçmişi önündə sayğı duruşunda bulunduğu bir gündə mitinq keçirmək ideyasını kimin irəli sürməsi bilirəm ki, içi mənqarışıq, eləcə də çoxunuza maraqlı deyil. Ancaq cavabını gözləyən çoxlu suallar var ortada. Faciənin 29-cu ildönümünə 1 gün qalmış keçirilən mitinq, əslində, bu faciəyə, bu faciəni törədənlərin tənqidinə həsr olunmalı idi, lakin hər şey tam əksinə oldu.
Təşkilatçıların, iştirakçıların şüarlarında müxtəlif rənglərin çalarları özünü aydın şəkildə biruzə verirdi. Qışın ortasında ölkəmizə “bahar” gətirmək istəyənlərin niyyəti də, məramı da bəlli idi. Hərgah onlar o “baharların” ölümlərə, parçalanmalara yol açdığını yaxşı bilirlər. Ancaq kimlərəsə verdikləri sözü tutmaq üçün mitinq keçirməyə məcburdurlar və ya məcbur edilirlər…
Həmin mitinqdə "bəylərin" istəkləri, səsləndirdikləri fikirlər Azərbaycanın istiqlaliyyəti, azadlığı uğrunda canlarından keçmış şəhidlərimizin qəhrəmanlıqları ilə heç cür uyğunluq təşkil etmirdi. Bir tərəfdə canını fəda etmiş şəhidlər, digər tərəfdə isə qanımızla, canımızla qazandığımız bu azadlığa, istiqlaliyyətə, inkişafa müxalif insanlar dayanmışdı. Nə qədər bu toplumun istəklərini, tələblərini dərk etməyə çalışsam da alınmadı, gözümün qarşısına azadlıq aşıqlərinin – 20 Yanvar şəhidlərinin xiyabanda gördüyüm şəkilləri, baxışları gəldi. Sanki onlar dilsiz baxışları ilə bu “meydangir”lərə "dur" demək istəyirdilər.
"Bəy"lər, siz bu məmləkəti daha yaxşı yaşam adı ilə aldadılmış, darmağın edilmiş, istiqlaliyyətini itirmiş, əhalisi dünyanın müxtəlif yerlərinə köç etməyə məcbur olmuş ölkələrin siyahısına yazmaqmı istəyirsiz? Neçə illərdir, böyük əziyyət hesabına qurulmuş qüdrətli dövlət, əldə olunmuş sabitlik, inkişaf, islahatlar sizi qane etmirmi? Əlbəttə bu suala cavab vermək üçün gərək insanın haqqı görən gözü açıq olsun. Vicdanının tərəzisi nahaqqa doğru əyilməsin.
Cavabını özüm deyəcəm: Xeyr! Sizlərin məramı, amalı tam fərqlidir – əldə olunanları, qurulanları, tikilənləri dağıtmaq, xaos yaratmaq. Bir sözlə, Azərbaycanı 1990-cı illərin əvvəllərinə qaytarmaq. Amma nəzərə alın ki, sizlərin, eləcə də sizi bu işə vadar edən qüvvələrin istəkləri baş tutmayacaq. Bunu sizə tam əminliklə bir Azərbaycan vətəndaşı, polis zabiti olaraq deyirəm!
Həmin gün ruhuma hakim kəsilən bu yanğını "19 yanvar mitinqi və Şəhidlər xiyabanı" başlığı altında yazmaq istəyirdim. Lakin, sizlərin şəhidlərimizlə bir sırada, bir başlıqda yer almasını rəva bilmədim... Bunu etsəydim şəhidlərimizin ruhu məndən inciyərdi.

Orxan Bədəlov,
DİN-in Şəxsi Heyətlə İş İdarəsinin şöbə rəisi,
polis polkovnik-leytenantı