Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Bu xalq müdrikdir, onu aldatmaq olmaz!

Bu gün özünü müxalifət adlandıran, əslində, qaragüruhçu qüvvələr öz köhnəlmiş vərdişlərindən, bayağı ritorikalarından əl çəkməyib, düz, 30 il əvvəl olduğu kimi, insanları küçələrə çağırırlar... “Uzaq sahillərdə” filmində deyildiyi kimi: ”Yenə də həmin dalğa, həmin koordinat”.
Görəsən, “nə istəyirik?” sualına onların özlərinin cavabı varmı? Əminəm ki, yoxdur. Son 30 ilin təcrübəsindən, gördükləri, izlədikləri, şahidlik etdikləri hadisələrdən ibrət götürənə də oxşamırlar. Elə olsaydı görərdilər ki, artıq qanunsuz mitinq və küçə yürüşləri vaxtı çoxdan keçib. Azərbaycan insanı ağı-qaradan, pisi-yaxşıdan dərhal ayırd etməyi bacarır. Bu gün həm də dövlətimiz də daha qüdrətlidir, sarsılmazdır. Üstəlik, milyonların dəstəyini qazanmış, böyük siyasət məktəbi keçmiş, kreativ, müasir düşüncəli, əsl liderlik keyfiyyətlərinə malik qüdrətli rəhbəri var.
Aydındır ki, ölkəmizin uğurlu inkişafını, nüfuzunu qəbul etmək istəməyən o qüvvələrin əsas hədəfində Azərbaycan gəncliyidir. Amma başa düşmürlər ki, bugünkü gənclik də artıq yetkinləşib, dünyanı gəzmiş, yüksək təhsil görmüş intellektli, vətənpərvər bir qüvvəyə çevrilib. Onun iradəsinə təsir etmək, doğru olmayanı, cəfəng ideyaları sırımaq mümkün deyil.
Bu gün xalqı, xüsusən gəncləri şəhərin mərkəzində qanunsuz yürüşlərə, mitinqlərə çağıran, insanları polislə üz-üzə qoymaq, vətəndaş qarşıdurması yaratmaq istəyənlərin məqsədi aydındır. Bəziləri isə hətta asayişi mühafizə edən polislə açıq qarşıdurmaya nail olub, gələcəkdə saxta “siyasi mühacir” arayışının satılması üçün foto-faktlar toplamaqla məşğuldurlar....
Biz, illərlə dövlətə, Vətənə şərəfli xidmət edən, cinayətkarlıqla mübarizədə, asayişin təmin olunmasında, torpaqlarımızın və dinc əhalinin müdafiəsində dəfələrlə təhlükələrlə üz-üzə gələn, sağlamlığımızı itirən polis veteranları da dağıdıcı müxalifətin niyyətlərini yaxşı başa düşürük. Bu cür bəd niyyətlərin və əməllərin ağrısını, acısını təəssüf ki, həyatımızda görmüş və yaşamışıq. Ona görə də üzümüzü həmvətənlərimizə tutub deyirik: - “Bizə yaxın-uzaq, bizimlə həmsərhəd ölkələrə, sivil bildiyimiz dövlətlərə diqqətlə baxın, son dövrlər tüğyan edən qanlı qarşıdurmalara, zorakı və qanunsuz mitinqlərə, yürüşlərə nəzər yetirin. Qaragüruhun özbaşınalığından sonra yaranmış xarabalıqdan başqa hansı mənzərəni görürsünüz?!
Gəlin, hamılıqa qazandığımız dəyərləri elə hamılıqla da qoruyaq. Azərbaycanın daha xoşbəxt gələcəyinə daha fəal dəstək olaq, gənc, müstəqil ölkəmizin adına kölgə salmağa çalışanlara fürsət verməyək, Qarabağ düyününün açılmasına ciddi şanslar yarandığı bir dövrdə buna böyük Azərbaycanımızın böyük ehtiyacı var.
Böyük Mirzə Cəlilin bir sözünü xatırlamaq istərdik: Sözünü həm də o kəslərə de ki, sənə qulaq asmırlar...
Məncə şərhə ehtiyac yoxdur...
Fərhad Süleymanov,
DİN Veteranlar Şurasının sədri