Ölçü:
Rəng:
Şəkillər:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Saytın əsas versiyası

Baş səhifəHaqqımızda — Şəxsi Heyətlə İş İdarəsi

Daxili işlər orqanlarında fəaliyyətin mənəvi-psixoloji təminatı, əməkdaşların sosial-hüquqi müdafiəsi, şəxsi heyət arasında xidməti intizamın və qanunçuluğun möhkəmləndirilməsi, daxili işlər orqanlarının intizam təcrübəsinə dair statistik məlumatların hazırlanması və analitik işin təşkili, habelə daxili işlər orqanlarında dövlət gender siyasəti ilə bağlı fəaliyyəti həyata keçirən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aparatının struktur qurumudur.

İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Nazirliyin normativ hüquqi aktlarını və xidməti əsasnaməni rəhbər tutur.