Ölçü:
Rəng:
Şəkillər:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Saytın əsas versiyası

Daxili İşlər Nazirliyinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmişlər

Mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 99 il ötür. Bu münasibətlə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə nazirliyin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Fəxri xiyabana gedərək müstəqil dövlətimizin memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.