Ölçü:
Rəng:
Şəkillər:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Saytın əsas versiyası

Şəhid ailələri ilə görüş keçirilib

20 Yanvar faciəsinin 33-cü ildönümü ərəfəsində Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsində həmin qanlı gecədə həyatını itirən polis əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib.

Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan idarə rəisi, polis polkovniki Elçin Məmmədli daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun adından şəhid ailələrini salamlayaraq bildirib ki, Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış faciə xalqımızın yaddaşına əbədi həkk olunub.

Qeyd edilib ki, həmin müdhiş gecədə öz xidməti borcunu layiqincə yerinə yetirərək əsl qəhrəmanlıq nümunələri göstərən, şəhidlik zirvəsinə ucalan həmkarlarımızın ömür yolu bu gün sıralarımızda olan, xidmətə yeni başlayan gənclərə örnəkdir.

Şəhid ailələri adından çıxış edən Marina Boqdanova və Təranə Bağırova şəhidlərinin xatirəsinin dövlətimiz, həmçinin DİN rəhbərliyi tərəfindən daim hörmətlə anıldığını, ailələrinə hər zaman maddi və mənəvi yardımın göstərildiyini vurğulayıblar.

Sonra şəhid ailələrinə DİN rəhbərliyi adından maddi yardım təqdim olunub, onlarla xatirə şəkli çəkilib.