Ölçü:
|
Daxili işlər naziri Vilayət Eyvazov Qəbələ şəhərində növbəti vətəndaş qəbulu və bölgə üzrə polis orqanlarında xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov DİN Daxili Qoşunlarının Qəbələdə yerləşən hərbi hissəsinə gedib.
Həmin gün nazir 104 vətəndaşı dinləyib, 34-ü Vətən müharibəsi iştirakçısı olmaqla 131 gənci polis orqanlarında xidmətə qəbul edib.