Ölçü:
|
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 15-də və 16-da Şəmkir Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Rayon Polis Şöbəsinin inzibati binasında Gədəbəy, Daşkəsən, Tovuz, Ağstafa, Qazax və Şəmkir rayonlarından qəbula gələn 156 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.