Ölçü:
Rəng:
Şəkillər:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Saytın əsas versiyası

Qobustan rayon Gənclər evində həqiqi hərbi xidmətini başa vurmuş gənclərlə görüş keçirilmişdir

“Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsinə dair” DİN-in 14.05.2022-ci il tarixli 001-33612-1222 nömrəli Tədbirlər Planının və 16.09.2022-ci il tarixli G50-001-22 nömrəli göstərişinin icrası ilə bağlı 18.05.2023-cü il tarixdə Qobustan rayon Gənclər evində həqiqi hərbi xidmətini başa vurmuş gənclərin polisə xidmətə cəlb edilməsi məqsədilə Şəxsi Heyətlə İş İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Firdovsi Nəsirovun və baş inspektoru polis polkovniki Laçın Paşayevin iştirakı ilə görüş keçirilmiş, digər mövzularla yanaşı polisin tarixi, daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə, həmçinin DİN sistemində təhsilə, polisdə və Daxili Qoşunlarda xidmətə təşviqi istiqamətində zəruri məlumatlar iştirakçıların nəzərinə çatdırılmış, söhbətlər aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmış, eyni zamanda, tədbirin keçirildiyi mərkəzin foyesində aidiyyəti məlumat-reklam posterləri və plakatlar yerləşdirilməklə, iştirakçılara təbliğat bukletləri paylanılmışdır.