Ölçü:
Rəng:
Şəkillər:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Saytın əsas versiyası

Bərdə şəhərində DİN sistemində təhsilə, polisdə və Daxili Qoşunlarda xidmətə təşviqlə bağlı gənclərlə növbəti görüş keçirilmişdir

“Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsinə dair” DİN-in 14.05.2022-ci il tarixli 001-33612-1222 nömrəli Tədbirlər Planının və 16.09.2022-ci il tarixli G50-001-22 nömrəli göstərişinin icrası ilə bağlı 2024-cü ilin iyun ayının 24-də gənclərin DİN sistemində təhsilə və xidmətə cəlb edilməsi məqsədilə Bərdə rayon Peşə Liseyində gənclərlə Şəxsi Heyətlə İş İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Firdovsi Nasirovun, baş inspektoru polis polkovniki Laçın Paşayevin iştirakı ilə görüş keçirilmişdir.

Tədbir iştirakçılarına polisin tarixi, daxili işlər orqanlarında və Daxili Qoşunlarda xidmətin şərəfliliyi barədə, həmçinin DİN sistemində təhsilə, polisdə və Daxili Qoşunlarda xidmətə təşviq istiqamətində zəruri məlumatlar çatdırılmış, canlı söhbətlər aparılmış və onları maraqlandıran suallar cavablandırılmaqla təbliğat bukletləri paylanılmışdır.