Ölçü:
Rəng:
Şəkillər:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Saytın əsas versiyası

DİN sistemində təhsilə, polisdə və Daxili Qoşunlarda xidmətə təşviqlə bağlı gənclərlə silsilə görüşlər davam etdirilir

“Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsinə dair” DİN-in 14.05.2022-ci il tarixli 001-33612-1222 nömrəli Tədbirlər Planının və 16.09.2022-ci il tarixli G50-001-22 nömrəli göstərişinin icrası ilə bağlı 2025-ci ilin aprel ayının 3-də və 4-də gənclərin DİN sistemində təhsilə və xidmətə cəlb edilməsi məqsədilə respublikanın Şirvan şəhərini, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarını əhatə edən Gənclər və İdman Nazirliyinin Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin DİN-lə birgə təşkilatçılığı, Şəxsi Heyətlə İş İdarəsinin və Daxili Qoşunların nümayəndələrinin iştirakı ilə Şirvan və Biləsuvar şəhərlərində gənclərlə növbəti görüşlər keçirilmişdir.

Görüşlərdə Biləsuvar şəhər K.Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin, şəhərin N.Gəncəvi adına 1, Ş.Qurbanov adına 2, Ə.Eynullayev adına 4 və N.Nərimanov adına 6 saylı, rayonun Çaylı, Nəsimi, Ağayrı, Nərimankənd, Səmədabad, İsmətli, Əsgərabad, Yuxarı Cürəli, Aşağı Cürəli, Dərvişli, Amankənd, Ağalıkənd, Ovçubərə, Bəydili, Xırmandalı, Əliabad, Bağbanlar, Çinarlı və Zəhmətabad, Şirvan Peşə Liseyinin, şəhərin E.İmanov adına 10, B.Aslanov adına 16, M.İsrailov adına 18, M.Osmanov adına 20 və 21 nömrəli tam orta və ümumtəhsil məktəb məktəblərin yuxarı sinif şagirdləri, eləcə də hərbi xidməti başa vurmuş gənclər (ümumilikdə 350 nəfərdən çox) iştirak etmişlər.

Tədbir iştirakçılarına polisin tarixi, daxili işlər orqanlarında və Daxili Qoşunlarda xidmətin xüsusiyyətləri barədə, həmçinin DİN sistemində təhsilə, polisdə və Daxili Qoşunlarda xidmətə qəbulla bağlı zəruri məlumatlar çatdırılmış və təşviqat videoçarxları nümayiş etdirilmiş, söhbətlər aparılmış, iştirakçılara təbliğat materialları paylanılmışdır.