Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Baş çavuş Allahyarov Vüsal Şakir oğlu

22.04.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində yarımqrup komandiri vəzifəsində xidmət etmişdir. Vətən Müharibəsi zamanı 07.11.2020-ci il tarixdə Şuşa rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 12.11.2020-ci il tarixdə Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.  Evli idi. 2 övladı var. Xidməti dövründə 26.06.2020-ci il tarixdə III dərəcəli “Qüsursuz xidmətə görə”, döyüşlərdə göstərdiyi igidliyə görə isə ölümündən sonra 09.12.2020-ci il tarixdə “Qarabağ”, 15.12.2020-ci il tarixdə “Vətən uğrunda”, 25.12.2020-ci il tarixdə “Füzulinin azad olunmasına görə” və  29.12.2020-ci il tarixdə “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.





Çap et  Çap et