Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Baş çavuş Cəfərov Səid Zəfər oğlu

04.02.1993-cü ildə Neftçala rayonunun Dördlər kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində pulemyotçu-atıcı vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı 09.11.2020-ci il tarixdə Şuşa rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 12.11.2020-ci il tarixdə Neftçala rayonu Dördlər kənd qəbiristanlığında dəfn edilmişdir. Subay idi. Döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda” və 29.12.2020-ci il tarixdə “Kəlbəcərin azad olunmasına görə” 24.06.2021-ci il tarixdə "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.





Çap et  Çap et