Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Baş çavuş Cəfərov Vüqar İnşallah oğlu

23.03.1991-ci ildə Bakı şəhərində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində pulemyotçu-atıcı vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı 05.10.2020-ci il tarixdə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 06.10.2020-ci il tarixdə Qurd qapısı-42 hərbi şəhərciyinin hərbi məzarlığında dəfn edilmişdir. Subay idi. Döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda” və 24.12.2020-ci il tarixdə “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.





Çap et  Çap et