Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Baş çavuş Əkbərov Vüqar Seyid oğlu

12.09.1990-cı ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olmuş,      DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində atıcı-qumbaraatan köməkçisi vəzifəsində xidmət etmişdir. Vətən Müharibəsi zamanı 07.11.2020-ci il tarixdə Şuşa rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 13.11.2020-ci il tarixdə Tovuz rayonu Yuxarı Öysüzlü kənd qəbiristanlığında dəfn edilmişdir. Ailəli idi. Döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda”, 24.12.2020-ci il tarixdə “Cəbrayılın azad olunmasına görə” və 29.12.2020-ci il tarixdə “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.





Çap et  Çap et