Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Baş çavuş Həsənov Tofiq Etibar oğlu

21.11.1999-cü ildə Gədəbəy rayonunun Cəfərli kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində pulemyotçu vəzifəsində xidmət etmişdir.  Vətən Müharibəsi zamanı 30.09.2020-ci il tarixdə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 30.09.2020-ci il tarixdə Gədəbəy rayonu Cəfərli kənd qəbiristanlığında dəfn edilmişdir. Ailəli idi. 2 övladı var. Xidməti dövründə 26.06.2020-ci il tarixdə III dərəcəli “Qüsursuz xidmətə görə”, döyüşlərdə göstərdiyi igidliyə görə isə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda” və 29.12.2020-ci il tarixdə “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.





Çap et  Çap et