Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Baş çavuş Hüseynov Fərid Fətəli oğlu

23.06.1994-cü ildə Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində yarımqrup komandiri vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı  07.11.2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 11.11.2020-ci il tarixdə Cəlilabad rayonunun Bəcirəvan kənd qəbiristanlığında dəfn edilmişdir. Ailəli idi. Döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda” və 25.12.2020-ci il tarixdə “Füzulinin azad olunmasına görə”  medalları ilə təltif edilmişdir.





Çap et  Çap et