Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Baş çavuş Hüseynov Məhəmməd Alik oğlu

28.10.1993-cü ildə Beyləqan rayonunun Bahar qəsəbəsində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində atıcı-qumbaraatan vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı 05.10.2020-ci il tarixdə Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 20.10.2020-ci il tarixdə Beyləqan rayonunun Bahar qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Ailəli idi. 1 övladı var. Döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda”, 24.12.2020-ci il tarixdə “Cəbrayılın azad olunmasına görə” və 29.12.2020-ci il tarixdə “Kəlbəcərin azad olunmasına görə”  medalları ilə təltif edilmişdir.





Çap et  Çap et